İctimai Birlikdə Azərbaycan diasporası nümayəndəsi ilə görüş keçirilmişdir.

15 noyabr 2011-ci il tarixdə “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai (İB) ofisində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Azərbaycan diaspora təşkilatının sədr müavini Sabir Məsimovla görüş keçirilmişdir.
Qeyri-Hökumət təşkilatının həmtəsisçiləri – İB-nin sədri professor Nadir Abdullayev və “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov qonağa İB-nin həyata keçirdiyi işlər, həmçinin Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsindəki fəaliyyəti və bu sahədə İB-nin orqanı olan adı çəkilən qəzetin rolu barəsində ətraflı məlumat vermişlər… Qeyd edək ki, İB və onun qəzetinə maraq diaspora rəhbərliyinin adı çəkilən qəzetlə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində tanışlığından sonra yaranmış, S.Mənsimovun xahişi ilə oktyabrın axırlarında qəzetin 50 nüsxəsi poçt vasitəsilə diasporanın ünvanına göndərilmişdir.