Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq birliyin dəstəyi ilə həll oluna bilər

Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli yalnız beynəlxalq birliyin dəstəyi ilə mümkün ola bilər. Bu barədə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle 3 oktyabr – Alman Birliyi Günü ərəfəsində Trend-ə müsahibəsində bildirib.
“Beynəlxalq birliyin fikri bu dəstəyin formalaşmasında əsas rol oynayacaq “, – səfir deyib.
Onun sözlərinə görə, Almaniya, eləcə də bütövlükdə Avropa İttifaqı bu münaqişənin həllində maraqlıdır.
“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Eyni zamanda, danışıqların ATƏT-in Minsk qrupu formatının mövcudluğu faktını qəbul etməliyik. Və heç kim bu formatı pozmaq istəmir “, – səfir deyib.
Diplomatın sözlərinə görə, Aİ və Almaniyanı daha çox davam etməkdə olan danışıqlar ətrafında bu münaqişənin həllinə kömək edə biləcək müəyyən çərçivənin yaradılmasına hansı şəkildə yardım edə bilmələri düşündürür… Trend.