Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işi davam etdirəcəklər

ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) həmçinin də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik cümə axşamı Varşavada Azərbaycan Prezidenti İlham Əliyev, bir daha sonra isə Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş gələcək addımları müzakirə ediblər.
Həmsədrlər Prezidentlər Medvedev, Obama və Sarkozinin Dovil bəyanatında üzərinə götürdüyü, tərəflərə bu cür nizamlanmaya nail olmaqda yardım etmək öhdəliyini bir daha təsdiq ediblər. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin cümə axşamı yaydığı bəyanatda deyilir.
2011-ci il mayın 26-da Dovildə (Fransa) ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya Federasiyası, ABŞ və Fransa prezidentləri qəbul etdikləri birgə bəyanatda digər məqamlarla yanaşı, tərəfləri israrla öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar… Trend.