Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bundan sonra da siyasi səy göstərməyə hazırdır

Münaqişədən çıxmağın əsas məqsədi Azərbaycanla Ermənistan arAsında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasıdır, bu isə Azərbaycanın ərazi bütövlüyünün, hazırdа işğal altında olan 20 faiz ərazinin qeyd-şərtsiz tanınmasını nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynanın “Den ” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan bundan sonra da münaqişənin nizamlanması üçün siyasi səy göstərməyə hazırdır.
“Bununla yanaşı, Minsk qrupu çərçivəsində son vaxtlar Rusiya Prezidenti Dmitri Medvedevin fəal iştirakı ilə həyata keçirilən və həyata keçirilməsi davam etdirilən danışıqlar prosesinin nəticəsinin olmaması məsələsi meydana çıxır “, – nazir müavini qeyd edib.
Əzimov təəssüflə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə nəticə əldə olunmadı və bundan sonra bir qədər fasilənin yaranması hissi meydana çıxdı. Bununla yanaşı, o qeyd edib ki, bu ilin avqustunda Soçidə prezidentlər Əliyev və Medvedevin görüşü keçirildi və “biz ümid edirik ki, Rusiya bu görüşün yekunu üzrə öz fəaliyyətində düzəliş edəcək və Minsk qrupunun iki digər həmsədri ilə birgə prosesi aktivləşdirməyə cəhd göstərəcək “… Trend.