Rusiya və Türkiyə XİN-in nümayəndələri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Oktyabrın 14-də Ankarada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqor Karasin ilə Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu arasında regional mövzuda növbəti məsləhətləşmələr keçirilib. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı xəbər verib.
“Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxil olmaqla, Mərkəzi Asiya və Cənubi Qafqazın aktual problemləri üzrə fikir mübadiləsini davam etdiriblər “, – məlumatda deyilir… Trend.