“Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir”

“Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir”. APA-nın məlumatına görə, bu barədə Alman Birliyi Gününə həsr olunmuş tədbirdə jurnalistlərə Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle bildirib. Onun sözlərinə görə, Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri ərazi bütövlüyünün bərpası olaraq qalır. Alman-Azərbaycan münasibətlərinin mühüm hissəsi olan çoxsaylı siyasi səfərlər çərçivəsində, Almaniya Azərbaycanın münaqişəni sülh yolu ilə həllinə dair səylərini həmişə dəstəkləyib. “Mən həmçinin Azərbaycana öz torpaqlarını birləşdirmiş Almaniya kimi tezliklə ərazi bütövlüyünü bərpa etməyi arzulayıram”, deyə səfir əlavə edib…
“Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal altında olması Azərbaycanın inkişafına xələl gətirir”. APA-nın məlumatına görə, bu barədə Alman Birliyi Gününə həsr olunmuş tədbirdə jurnalistlərə Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle bildirib. Onun sözlərinə görə, Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri ərazi bütövlüyünün bərpası olaraq qalır. Alman-Azərbaycan münasibətlərinin mühüm hissəsi olan çoxsaylı siyasi səfərlər çərçivəsində, Almaniya Azərbaycanın münaqişəni sülh yolu ilə həllinə dair səylərini həmişə dəstəkləyib. “Mən həmçinin Azərbaycana öz torpaqlarını birləşdirmiş Almaniya kimi tezliklə ərazi bütövlüyünü bərpa etməyi arzulayıram”, deyə səfir əlavə edib.
H.Kvelle Azərbaycan-Almaniya iqtisadi əlaqələrinə də toxunub: “Azərbaycan Almaniyanın ən vacib xam mal təchizatçıları arasında yeddinci yeri tutur və Almaniya 2011-ci ildə Azərbaycana 830 milyon avro həcmində mal ixrac edib. Yaxın zamanlarda təsis olunacaq Alman-Azərbaycan Ticarət Palatası iqtisadi mübadiləyə daha güclü təkan verəcək”.
Səfir Almaniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda çox maraqlı olduğunu vurğulayıb: “Almaniya “Şahdəniz” konsorsiumunun qərarını böyük maraqla gözləyir. Şübhəsiz, Almaniya bu bölgədən enerji almaqda maraqlıdır, çünki bu Almaniyanı Rusiyadan enerji asılılığından azad edərdi”.

Apa.az