Ermənilər bu ilin doqquz ayı ərzində atəşkəsi 1150 dəfədən çox pozub

İlin əvvəlindən 15 Azərbaycan hərbçisi şəhid olub, 2 hərbçi əsir götürülüb, 18 hərbçi və 1 mülki şəxs yaralanıb
Ermənistan Silahlı Qüvvələri sentyabr ayında cəbhə xəttində atəşkəs rejimini 154 dəfə pozub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi (Ağdam istiqamətində) yaralanıb. İyul ayında Naxçıvan istiqamətində atəşkəsin pozulması zamanı başından yaralanmış bir əsgəri isə dünyasını dəyişib. Apa.az