Dağlıq Qarabağda 1991-ci ildə qeyri-qanuni “referendum “un nəticələrinin tanınması istisna edilir – Azərbaycan Prezidenti Administrasiyası

Azərbaycan vəziyyəti hərbi əməliyyatlara çatdırmadan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin sülh yolu ilə bərpasına tərəfdardır. Bunun üçün Ermənistan Silahlı Qüvvələrinin ümumilikdə dövlətimizin ərazisinin 20 faizini təşkil edən Azərbaycanın işğal edilmiş ərazilərindən – Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılması tələb olunur. Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın “Exo Moskvı ” radiostansiyasına müsahibəsi zamanı bəyanatını şərh edərkən deyib…