Dağlıq Qarabağın statusunun əldə olunması üçün qovulmuş vətəndaşlar ərazilərinə qaytarılmalıdır

Dağlıq Qarabağın statusunun əldə olunması barədə o vaxt danışmaq olar ki, qovulmuş vətəndaşlar ərazilərinə qaytarılsın. Trend-in məlumatına görə, bunu bazar ertəsi Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir bildirib ki, Azərbaycan torpaqlarının işğal olunması reallıqdır, beynəlxalq hüquq mənasında qəbul olunmuş bir faktdır. İnsanları qovandan sonra onların müqəddəratı haqqında danışmaq olmaz… Trend.