Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 19 il ötür

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 19-cu ildönümüdür.
Trend-in məlumatına görə, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb. Trend.