Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında talanları davam etdirirlər.

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını, şəhər və kəndləri talamaqda, xarabalığa çevirməkdə davam edirlər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, işğaldan sonra erməni ailələrin köçürülməsi üçün saxlanan evlərin də son vaxtlar erməni hərbiçilər tərəfindən dağıdılmasına başlanıb. Təmas xəttinin yaxınlığında yerləşən, işğal altındakı yaşayış məntəqələrində əvvəllər bir neçə tikili toxunulmadan qalırdısa, indi onlardan da əsər-əlamət yoxdur… Apa.