Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Hərbi mənbənin Trend-ə verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Aşağı Veysəlli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Mustafazadə Fərhad Vüqar oğlu güllə yarası alıb.
Müstafazadə ötən ilin oktyabrında Şəki rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb… Trend.