Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhədə vəziyyət yenidən gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 11-də saat 08.40-dan 08.50-dək və 12.28-dən 12.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
– saat 18.15-dən 18.30-dək və 23.30-dan 23.40-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi;… Trend.