Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə inanır

Rusiyanın prezidenti Dmitriy Medvedev əmindir ki, postsovet məkanında həll edilən yeganə münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Məlumatı İTAR-TASS yayıb.
“Yalnız bir yol var – razılaşmaq, çünki razılığa alternativ yoxdur. Yalnız pis alternativ var – müharibə “, – münaqişənin həlli yolları və perspektivləri haqqında suala cavab verərək Medvedev AzTV telekanalına müsahibədə bildirib.
“Mənim cavabım belədir: son bir neçə il ərzində tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün çox edilib. Sözsüz ki, razılaşmaq üçün perspektivlər var “, – Rusiyanın dövlət başçısı deyib.
“Mənim fikrimcə, bu, ola bilər ki, postsovet məkanında yeganə münaqişə, hansı ki, hal-hazırda nizama salmaq olar. Hər şey tərəflərin xoş məramından, onların bir-birinın arqumentləri eşitməyə imkanından və istəyindən asılıdır, və, açıq deyək, sadə həllər olmur “, – Medvedev vurğulayıb… Trend.