Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Nyu-Yorkda keçirilən toplantısında çıxış edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının sentyabrın 29-da Nyu-Yorkda keçirilən illik koordinasiya toplantısında çıxış edib. APA-nın xəbərinə görə, nazir çıxışında İƏT məkanında təhlükəsizlik problemlərinə toxunub. O xatırladıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir, bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir: “Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycana aid bir tarixi-mədəniyyət abidəsi belə salamat qalmayıb, məscidlər və digər müqəddəs məkanlar dağıdılıb. Azərbaycan xalqına qarşı soyqırımlar da daxil olmaqla, insanlığa qarşı cinayət törədənlər nəinki cəzasız qalır, hətta onlara Ermənistan qəhrəmanı adı verilir”… Apa.az