Ermənistanın mövqeyində əvvəlki kimi məntiq yoxdur – XİN

Ermənistan öz diplomatik resurslarını o qədər tükədib ki, öz mövqeyini səsləndirməyi Şavarş Köçəryan kimi bu qədər məlumatsız adama etibar edir. Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistanın xarici işlər nazirinin müavininin “Novosti Artmeniya ” agentliyinə müsahibəsini şərh edərkən deyib.
“Köçəryanın müsahibəsində dediklərini nəinki şərh etmək, başa düşmək belə çətindir. Onun dedikləri həqiqətdən o qədər uzaqdır ki, belə bir hiss yaranır ki, o ya sayıqlayır, ya da sadəcə olaraq reallıqlarla tanış deyil “, – Abdullayev bildirib… Trend.