Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenə gərginləşib

Cəbhədə vəziyyət yenə gərginləşib. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 24-də saat 10:55-dən 11:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21:40-dan 21:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar… Trend.