Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Fevralın 24-də ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri Nyu-York və Vaşinqtonda Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş aksiyalar keçiriblər.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Nyu-Yorkdakı Azərbaycan Cəmiyyəti dinc aksiya keçirib, Xocalı qurbanlarını yad edib. Onlar ermənilərin törətdiyi kütləvi qətlləri və qəddarlıqları ittiham edən plakatları nümayiş etdiriblər. Diaspor üzvləri beynəlxalq ictimaiyyətə müraciət edərək, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını istəyiblər… Apa.