Xocalı soyqırımı Təbrizdə də anılıb

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Baş konsulluqdan APA-ya verilən məlumata görə, mərasimdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciənin mahiyyəti və acı nəticələri haqqında məlumatlar verilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, tarix boyu dəfələrlə erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqına, məcburi köçkünə çevrilmiş Azərbaycan xalqının, bu faciə nəticəsində də ən dəhşətli qətliamlara məruz qaldığını diqqətə çatdırıb, yüzlərlə günahsız insanın qətlə yetirildiyini, itkin düşdüyünü, minlərlə insanın əsir götürüldüyünü, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri ilə yanaşı, müsəlman aləminə aid türbələrin, kümbəzlərin, qəbiristanlıq və məscidlərin yerlə-yeksan edildiyini, Xocalının ən qədin sakinləri olan azərbaycanlılara aid bütün izlərin həmin gecədə silindiyini bildirib… Apa.