http://az.trend.az/news_photos/Army_060308.jpg

Bu gün peşəkarlığı yüksək dərəcədə olan Azərbaycan Ordusu həm dövlətçiliyin, həm də Dağlıq Qarabağ probleminin həllinin ən güclü faktorlarından biridir. Bunu çərşənbə günü Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu düzgün daxili və iqtisadi siyasət nəticəsində möhkəmlənə bilib.
“Vaxt var idi ki, Azərbaycanın büdcəsi 800 milyon, 1 milyard dollar idi və bununda təxminən 130 milyon dolları Azərbaycanın hərbi büdcəsinə gedirdi. Ancaq bu gün ölkəmiz 22 milyard dollar büdcəyə malikdir və bunun da 3-4 milyard dolları hərbi büdcəyə gedir “, – Mirzəzadə bildirib.
O, qeyd edib ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 2 dəfə artıqdır… Trend