Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya və Yerevana köməyi davam etdirmək niyyətindədir – XİN

Cümə axşamı, yanvarın 19-da Rusiya və Azərbaycan XİN-in rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş Rusiya və xarici KİV üçün mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri “Rossiya 24 ” kanalı yayıb.
“Rusiya həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məsələsi üzrə səyləri davam etdirmək niyyətindədir, Minsk qrupunun həmsədrləri də Soçidə prezidentlərin görüşündə iştirak edəcəklər “, – o deyib… Trend.