Ermənilər uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın onlara dəstək verməməsindən narahatdırlar. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
“Onlar bunu Dmitri Medvedevin siyasəti ilə əlaqələndirirdilər. Guya Medvedev azərbaycanpərəstdir; əgər Vladimir Putin prezident olsaydı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənipərəstlikdən uzaqlaşmazdı və azərbaycanpərəstliyə rəvac verməzdi. Ermənilərin bu fikirləri ucuz təbliğatdan başqa bir şey deyil. Putin ətrafında erməninin olmadığı yeganə rəhbər olub. O, RF-Azərbaycan münasibətlərinin yaxşılaşmasının, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın indiki rəsmi mövqeyinin banisidir. KTMT, Avroasiya iqtisadi əməkdaşlıq təşkilatının iclaslarında Ermənistanın sabiq prezidenti Robert Koçaryanı lağa qoyması indi də dillər əzbəridir. Putinin dövründə qanundan kənar fəaliyyətlə məşğul olan ermənilər həbs olunurdular. Ermənilərin azərbaycanpərəst hesab etdiyi Medvedevin iqtisadi məsələlər üzrə müşaviri faktiki olaraq familiyasını dəyişmiş A.Aqanbekyandır. Aqanbekyan SSRİ-ni dağıdan, DQ münaqişəsinin startını verən Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri idi. Bu erməni akademik SSRİ-ni dağıtmaq üçün milli və iqtisadi məsələləri birləşdirə bildi. Medvedevin imzası ilə son aylar 6-7 erməni RF-nin müxtəlif televiziyalarının rəhbərliyinə yerləşdirilib… Trend.