Məcburi köçkündə heroin və tapança aşkarlandı

İstintaq aparılır…

İstintaq aparılır.

Məcburi köçkün narkotik maddələrin satışı ilə məşğul olub. 

Oxu.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Ağdam rayonunda rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin saxlanması və satışı ilə məşğul olan məcburi köçkün saxlanılıb. 

Polis şöbəsinin müstəntiqi Şamil Nəcəfovun verdiyi məlumata görə, rayonun Əhmədavar kəndindən məcburi köçkün düşən, hazırda Baharlı 2 qəsəbəsində yaşayan Nazim Zeynalovun evinə baxış keçirən zaman onun yataq otağından 5,44 qram həşiş qətranı, o cümlədən evinin həyətindən narkotik maddə olan heroin aşkar edilib. 

Polis Nazim Zeynalovun avtomobilinə baxış keçirən zaman idman tapançası da aşkar edib. Yerli polis şöbəsində Cinayət Məcəlləsinin 234.1maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

www.oxu.az