ATƏT-in Minsk qrupuna üzv olan 10-dan artıq ölkə Dağlıq Qarabağ probleminin həlli prosesinə aktiv qoşulmaq istəyir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
“Azərbaycan bu çərçivənin genişlənməsinin və həmin ölkələrin prosesə cəlbinin tərəfdarıdır “, – Muradova deyib.
Fransanın həmsədr ölkə qismindən çıxarılması ilə bağlı fikirlərə münasibət bildirərkən vitse-spiker qeyd edib ki, yaxın zamanlarda belə bir dəyişikliyin olacağını düşünmür.
Muradova hesab edir ki, hər hansı bir dəyişiklik ümumilikdə prosesi geri salacaq.
“Ona görə də Avropa İttifaqının və digər beynəlxalq təşkilatların prosesə təsir göstərmək imkanı varsa, bunu Fransanın iştirakı ilə də edə bilərlər. Onun əvəzlənməsi vacib deyil “, – vitse-spiker deyib… Trend.