Ottavada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar yürüş keçirilib

Cümə günü Ottavada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar yürüş keçirilib. Azərbaycanın Kanadadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Kanada parlamentinin qarşısından başlayaraq, Ermənistanın Ottavadakı səfirliyinə kimi davam edən yürüşdə Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, eləcə də həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər…

Cümə günü Ottavada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar yürüş keçirilib. Azərbaycanın Kanadadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Kanada parlamentinin qarşısından başlayaraq, Ermənistanın Ottavadakı səfirliyinə kimi davam edən yürüşdə Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, eləcə də həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Yürüş zamanı 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilmiş, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılmışdır.

Yürüş iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb etmiş, Kanada millət vəkillərini Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırıblar.

 

/Trend/