Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün indi yaxşı şərait yaranıb


Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra iyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün birgə mətbuat konfransı olub. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində salamladı və bu səfərin uğurlu keçəcəyinə əminliyini bildirdi.
Prezident Danilo Türk 2009-cu ildə Azərbaycana rəsmi səfərini xatırlayaraq bildirdi ki, həmin səfər və Prezident İlham Əliyevin Sloveniyaya bu səfəri ikitərəfli münasibətlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsətdir.
“Son dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 10 dəfə artıb və iqtisadi əlaqələri daha da genişləndirmək üçün yeni sazişlərin imzalanması nəzərdə tutulur “, – deyən Prezident Danilo Türk bildirdi ki, Sloveniya Avropa məkanında sülh və təhlükəsizliyin qorunub saxlanmasına böyük diqqət yetirir, bu mənada ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır… trend.