Sloveniya Prezidenti: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbul edilən həll variantı deyildir


Bu gün danışıqlarımızın mövzusu, həmçinin Dağlıq Qarabağ münaqişəsi olub. Biz bu haqda öncədən də danışmışdıq. Mənim, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti cənab Medvedevin üçtərəfli qaydada danışıqlarda iştirakını da nəzərdən keçirdik.
Status-kvo qəbul edilən həll variantı deyildir, bunu Sloveniya Prezidenti Danilo Türk iyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bəyanatında deyib.
“Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin. Bildiyimiz kimi, Rusiya Prezidenti Dmitri Medvedev Soçidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Sloveniya bu istiqamətdə göstərilən digər təşəbbüsləri də alqışlayır.
Bu ayın sonunda yenidən Rusiyada keçiriləcək üçtərəfli görüşə ümid bəsləyirik. Hesab edirik ki, o görüş zamanı elə prinsiplər müəyyən ediləcəkdir ki, onların əsasında sülh razılaşması əldə olunsun. Əslində bu məsələnin həlli Helsinki Yekun Aktına və ATƏT-in qərarlarına uyğun olmalıdır. Danilo Türk söyləyib… Trend.