Qarabağ muzeyləri ilə bağlı kitab hazırlanacaq

Qarabağ muzeyləri ilə bağlı kitab hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə Söz Azadlığını Müdafiə Fondunda (SAMF) Qarabağda işğal altında olan Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının görüşündə razılığa gəlinib.
Cəbrayıl, Kəlbəcər, Füzuli, Zəngilan və Laçın Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının iştirak etdiyi tədbirdə fondun icraçı direktoru Vüqar Tofiqli görüşün əsas məqsədinin Qarabağ muzeyləri silsiləsindən ilk kitabın hazırlanması, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə SAMF-nin işğal altında olan Tarix-Diyarşünaslıq muzeylərinin virtual məkanı olan www.diyarshunasliq.az internet saytındakı materialların zənginləşdirilməsi olduğunu bildirib… Trend.