Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub

Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və almanca-azərbaycanca sözlük nəşr edilib.
Məlumatda qeyd olunur ki, Xocalı faciəsi haqqında 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi sayəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi səciyyələndirilib… Trend.