Türkiyə səfiri Dağlıq Qarabağda Xankəndi aeroportunun açılması məsələsinə münasibət bildirib

Heç kim beynəlxalq qanunlardan kənara çıxa bilməz. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kıllıç Ermənistanın Dağlıq Qarabağda Xankəndi aeroportunun açılması ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.
“Hər şey beynəlxalq qanunlara uyğun həyata keçirilməlidir “, – səfir bildirib.
Xankəndi-Yerevan hava nəqliyyatının açılması məsələsi Ermənistan və Azərbaycan arasında ikitərəfli formada həll olunmalıdır. Bunu əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mətbuat katibi Denis Şaqnon deyib. O qeyd edib ki, hava reyslərini həyata keçirmək üçün hava gəmisinin göndərilmə və çatma limanlarının razılığını əldə etmək lazımdır. Bu tamamilə əsaslandırılmış və məntiqi mövqedir, çünki Xankəndi Azərbaycan şəhəri, Yerevan isə Ermənistanın paytaxtıdır… Trend.