Türkiyədə Xocalı soyqırımının ildönümü münasibətilə tədbirlər keçirilib

Fevralın 26-da Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Ankaranın Keçiören Bələdiyyəsi ilə birgə həmin rayonda Xocalı soyqırımı xatirəsinə ucaldılacaq abidənin təməl qoyma mərasimini və Xocalı soyqırımı qurbanlarını anım tədbiri təşkil edib.
Səfirliyin mətbuat katibi Elsevər Salmanov Trend-ə bildirib ki, tədbirdə, səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Haluk İpek, Keçiören Bələdiyyəsinin başçısı Mustafa Ak başçox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib… trend.