ABŞ hökuməti Dağlıq Qarabağ probleminin həllinə kömək etməyə hazırdır

Dağlıq Qarabağ problemi bugünkü müzakirələrdə başlıca məsələdir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına tamamilə əmindir. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns çərşənbə axşamı Bakıya səfəri zamanı jurnalistlərə bildirib.
“Hökumətimiz Dağlıq Qarabağ ətrafındakı prosesdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə kömək etmək üçün hər şeyi edir “, – Börns deyib.
Onun sözlərinə görə, regionda status-kvonun saxlanılması yolverilməzdir… Trend.