ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona gələcəklər

ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke gələn həftə regiona gələcəklər. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns çərşənbə axşamı Bakıya səfəri zamanı jurnalitlərə bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.