Belçika Parlamentinin nümayəndə heyəti Ağdam rayonuna səfər edib

Belçika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Belçika Parlamentinin deputatı, Thuin şəhərinin meri cənab Filip Blanşarın rəhbərlik etdiyi Belçika Parlamentinin 9 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində nümayəndə heyəti böyük hissəsi Ermənistanın işğalı altında olan Ağdam rayonuna, cəbhə bölgəsinə səfər edibdir.
Onlar Ağdam rayonunun işğal altında olmayan hissəsində bir sıra görüşlər keçiriblər və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıblar. Onlar ilk əvvəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər. İcra başçısı ermənilərin işğalçılıq siyasətindən danışaraq bildirib ki, ermənilər Ağdam rayonunun 77 faizini işğal ediblər. İşğal nəticəsində rayonun 180 min əhalisinin 141 mini məcburi köçkün düşüb. Onun sözlərinə görə, Dövlət proqramı çərçivəsində rayonun işğal olunmayan ərazilərində yeni qəsəbələr salınaraq 90 minə yaxın insan məskunlaşdırılıb… Trend.