Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı faciəsi məsələsinin Belçika parlamentində qaldırılması üzrə iş aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə işçi qrupunun rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib.
Onun sözlərinə görə, bu 2012-ci il üçün işçi qrupunun müəyyənləşdirdiyi plana əsasən həyata keçiriləcək.
Həmçinin plana Azərbaycan haqqında məlumatların Belçika televiziyasında yayılması, Azərbaycan və Belçika universitetləri arasında tələbə mübadiləsinin aparılması, Belçikanın Thun və Azərbycanın Şamaxı şəhərlərlərinin qardaşlaşması və bununla bağlı Thun şəhərində Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılması məsələləri daxildir.
Cümə günü Milli Məclisdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib…
Trend.