Danışıqların davam etdirilməsi üçün şərt irəli sürür

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində danışıqların davam etdirilməsi üçün şərt irəli sürür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, Ermənistan danışıqların davam etdirilməsi üçün Azərbaycanın Kazan görüşü zamanı irəli sürdüyü 10 təklifi geri götürməsini tələb edir. Azərbaycan isə sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır.
Əhmədoğlu Rusiyanın son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi aktivliyin ciddi nəticə vermədiyini deyib və əlavə edib ki, bunda Azərbaycan tərəfinin günahı yoxdur.
O, ATƏT-in Minsk qrupunun ATƏT PA-da hesabat verməsini ciddi hadisə adlandırıb… Trend.